Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda bir matç ərzidə 5 dəyişiklik qaydasını daimi əsasda təsdiq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası zamanı beynəlxalq futbol təqvimində sıxlıq yarandığı üçün beynəlxalq federasiyalar əvəzetmə sayını üçdən beşədək artırılması barədə razılığa gəlmişdi.

Həmçinin, IFAB futbolda ofsaydın avtomatik müəyyən olunması qaydaları üzərində işlədiyini açıqlayıb.