Saytımızı qiymətləndirin


 
 

Şolts: "Rusiyaya qarşı sanksiyalar hərbi əməliyyatlar dayandırıldıqdan sonra ləğv edilməyəcək"
Tarix: 10-06-2022 | Saat: 21:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya kansleri Olaf Şolts Türkiyəyə səfər edəcək

Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra ləğv edilməyəcək, bunun üçün vəziyyətin normallaşdırılması və Moskva ilə Kiyev arasında ölkənin suverenliyini təmin edən razılaşma olmalıdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Serbiya Prezidenti Aleksandr Vuçiçlə Belqradda keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bizim tətbiq etdiyimiz sanksiyalar - indi bu, altıncı məhdudiyyətlər paketidir - və bütün digər ölkələrin sanksiyaları - bu, müharibədən sonra bitəcək bir şey deyil. İlkin şərt vəziyyətin dəyişməsi, yaxşılaşmasıdır. Rusiya sülh şərtlərini diktə edə bilməz, ancaq Ukrayna ilə dialoq aparmalı, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verəcək sazişlə razılaşmalıdır”, - Şolts deyib.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər