Saytımızı qiymətləndirin


 
 

Polis pensiya kartından pul oğurlayan bu şəxsi axtarır
Tarix: 04-06-2022 | Saat: 12:00
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb.

Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxsin barəsində cinayət işi üzrə ibtidai istintaq aparılır. T.Məmmədovun əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.

 



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər
3-02-2022, 17:29 Putin Çinə gedir