Saytımızı qiymətləndirin


 
 

Nazarbayev İlham Əliyevə məktub göndərdi
Tarix: 24-05-2022 | Saat: 15:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsini arzulayıram.

Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qarşılıqlı etimada və hörmətə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, nəcib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər