Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: "Biz yeni sazişlə bağlı Aİ ilə aparılan danışıqların son mərhələsindəyik"
Tarix: 18-05-2022 | Saat: 21:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

İlham Əliyev

Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunun açılış mərasimində çıxış edərkən deyib.

"İkitərəfli ticari və iqtisadi gündəliyimizə gəldikdə, fikrimcə, çox yaxşı haldır ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər", - Azərbaycan Prezidenti qeyd edib.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər