Saytımızı qiymətləndirin


 
 

Kamran Əliyev: “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”
Tarix: 18-05-2022 | Saat: 17:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kamran Əliyev onu vəzifədən qovacaq - BİZNESMEN İMİŞ - Günün Səsi

“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. Burada prokurorluğun müstəntiqləri, xüsusi ilə qeyd etməliyəm ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları bu işə cəlb olunublar. Üç qurum birlikdə bu istiqamətdə fəaliyyət göstərir. Ötən il 8, bu il isə 7 belə cinayət işinin açılması təmin edilib. Bir sıra cinayətlərin üstünün açılması isə çox yaxındır”, - o vurğulayıb.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər