Saytımızı qiymətləndirin


 
 

Paşinyan sülhə qol çəkəcək, ya yox?
Tarix: 12-05-2022 | Saat: 16:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

2022/05/Scree-1652345691.jpg

 


“Əgər Ermənistan sülh danışıqlarının müddətini uzadarsa, zərər görən özü olacaq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri, “Caucasus International” jurnalının baş redaktoru Cavid Vəliyev deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlama ilə sülhdən yayınmaq istəməsi iddiasına münasibət bildirib:

“Son 30 ildə siyasi, diplomatik və ticari olaraq Ermənistan regionda təcrid olunub və bu hal hələ də aradan qalxmayıb. Ermənistan yaxşı bilir ki, Türkiyə və Azərbaycanla münasibətləri düzəlmədən bu vəziyyətdən çıxa bilməyəcək. Hər iki dövlətlə münasibətləri normallaşdırmanın yeganə yolu isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir.

Rəsmi Bakı sülh müqaviləsi üçün 5 şərtini açıqlayıb. Amma indi Ermənistan diplomatik dəstək qazanmağa çalışır. Paşinyanın açıqlamaları və etdiyi səfərlər bunun göstəricisidir”.

C. Vəliyev əlavə edib:

“Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip həm beynəlxalq hüquqa, həm də ki, dövlətlərarası münasibətlərə uyğundur. Ermənistan da öz təkliflərini bildirib, amma Azərbaycan qəti şəkildə cavab verib ki, Qarabağda yaşayan ermənilərin statusu mövzusu qapadılıb. Qarabağ Azərbaycan ərazisidir və bu məsələni heç bir şəkildə Ermənistanla müzakirə etməyəcək. Azərbaycanın Ermənistanla müzakirə edəcəyi yeganə məsələ sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsi, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və nəqliyyat dəhlizlərinin açılmasıdır.

Qısası, Ermənistan hazırda sülh müzakirələri çərçivəsində əvvəlki razılaşmalardan yayınmağa çalışır. Amma bundan yenə zərərlə çıxan tərəf özü olacaq”.

Mütəxəssis əmindir ki, Paşinyan populist bir liderdir, əvvəllər də bu taktikadan istifadə edib:

“Paşinyan etibar doğurmayan siyasi xadimdir. Çünki bir vaxtlar “Qarabağ Ermənistandır” deyən, eləcə də qondarma rejimin “paytaxtını” Xankəndidən Şuşaya köçürmək istəyən də məhz odur.

Ermənistanın ən böyük səhvi, eləcə də münaqişənin 30 il həll olunmaması və müharibənin səbəbi Qarabağı daxili siyasət halına gətirməsidir. Məncə, Ermənistan keçmişdən dərs çıxarmalıdır”.



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər
21-07-2023, 17:42 Lukaşenko Rusiyaya getdi