Tarix: 05-05-2022 | Saat: 17:55
Bölmə:Karusel / Region | çapa göndər
"Ümumi səfərbərlik iki milyon gəncin dərhal Rusiyanı tərk etməsilə nəticələnəcək"
"İki həftədən sonra Ukraynada vəziyyət elə dəyişə bilər ki, gərginliyin yeni dalğası başlayacaq və Putin Ərdoğanın, Si Tszinpinin və ya bir başqasının vasitəsilə sülh istəyəcək".
Qarabaginfo.az xəbər verir ki, bunu "Azadlıq" radiosunun "Hadisə ilə üz-üzə" proqramının efirində məşhur biznesmen Yevgeni Çiçvarkin söyləyib.
O, həmçinin danışıqlar və bu danışıqlarda ən zəngin israillilərdən birinin iştirakı mövzusuna toxunub.
"Düşünürəm ki, Abramoviç vasitəsilə Ukrayna ilə alver edilir. Lakin bir tərəfdən Buçadan sonra, digər tərəfdən "Moskva" kreyserindən sonra mən danışıqların mümkünlüyünə inanmıram. Putin insansızlaşmağı, vəhşiləşməyə istəyirdi, buna da əslində hər iki tərəfdən nail olub. Ukraynalılar özlərini nə qədər saxlasalar da, işgəncə veriləndə, döyəndə və zorlayanda, təbii olaraq buna dözmək mümkün deyil. Biz 100 faiz deyə bilmərik, iki həftədən sonra Ukrayna ordusunun döyüş potensialı necə olacaq", - Çiçvarkin deyib.
O, gənc rusiyalıların mümkün ümumi səfərbərliyə münasibəti barədə proqnoz verib:
"Mən belə düşünürəm ki, ümumi səfərbərliyin elan edilməsi iki milyon gəncin dərhal Rusiyanı tərk etməsi ilə nəticələnəcək. Bu, çox böyük zərbə olardı. Özü də çağırış yaşı çoxdur, mən artilleriya zabiti kimi 52 yaşımadək çağırıla bilərəm. Ona görə də insanın bir az ağlı və vicdanı varsa, o, Rusiyadan qaçmağa çalışacaq.
Yevgeni Çiçvarkin 27 fevral 2022-ci ildə yaradılan "Müharibə əleyhinə komitə"nin tərkibinə daxildir. O, "Avroşəbəkə" mobil rabitə salonları şəbəkəsinin həmtəsisçisi və keçmiş sahiblərindən biridir. 2008-ci ilin sonlarından Böyük Britaniyada yaşayır, orada şərab və restotan biznesi ilə məşğuldur. Çiçvarkin Putinin ən ardıcıl və barışmaz rəqiblərindən biri hesab olunur.(Moderator.az)
Digər xəbərlər