Tarix: 05-05-2022 | Saat: 11:07
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir.
Qarabaginfo.az xəbər verir ki, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
İclasda Seyfulla Əzimovla yanaşı daxili işlər nazirinin müavini Fazil Quliyev də iştirak edir.
Qeyd edilib ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib. Onlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib.
Nəzərə çatdırılıb ki, ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Digər xəbərlər