Saytımızı qiymətləndirin


 
 

Konqres Rusiya səhmlərinin Ukrayna üçün müsadirəsi haqqında qanun layihəsini qəbul edib
Tarix: 28-04-2022 | Saat: 04:08
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ ayrı-seçkiliyə yol verir”

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyası ilə əlaqəli aktivlərin Ukraynaya yardım məqsədilə müsadirə olunması haqqında qanun layihəsini qəbul edib.

Bu barədə “The New York Times” a istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya tərəfindən sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslərin aktivlərinin müsadirəsini nəzərdə tutan HR 6930 qanun layihəsini qəbul edib.

Müzakirələr zamanı qanun layihəsinin lehinə 417 konqresmen səs verib.

Layihə ABŞ-ın sanksiyalarına məruz qalan xarici qurumlardan müsadirə edilmiş və ya əldə olunacaq vəsaitlərin Ukraynanın yenidən qurulmasına və onun əhalisinə humanitar yardımın göstərilməsinə, habelə digər yardım növlərinə yönəldilməsi ilə bağlı müddəaları nəzərdə tutur.

Qanun qüvvəyə minməsi üçün Senat tərəfindən qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.(Report)



Xəbəri paylaş

1369 dəfə oxunub.

Digər xəbərlər