Saytımızı qiymətləndirin


 
 

Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış olub
Tarix: 19-04-2022 | Saat: 18:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbərlər - Publika.az

Gənclər və idman naziri Fərid Qayıbov Abşeron rayonunda səfərdə olub.

Nazirlikdən verilən məlumata görə, o, əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə birlikdə Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra Xırdalandakı şahmat məktəbinin fəaliyyəti ilə tanışlıq olub. Burada həyata keçirilməsi nəzərdə tutulan təmir işləri barədə nazirə məlumat verilib. Gənc idmançılarla görüşən F. Qayıbov onlarla söhbət edib, hazırlıqları ilə maraqlanıb.
Nazir, həmçinin, Abşeron Olimpiya İdman Kompleksi ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirib. Qeyd olunub ki, kompleks açılışdan sonra - pandemiya dövründə müvəqqəti olaraq, xəstəxanaya çevrilmişdi. Artıq pandemiyanın zəifləməsi səbəbindən xəstəxana kimi fəaliyyət göstərməyinə ehtiyac qalmadığı üçün Olimpiya İdman Kompleksinin yaxın vaxtlarda yenidən idmançıların istifadəsinə verilməsi nəzərdə tutulub.

İdman bölmələrinin fəaliyyəti ilə maraqlanan F. Qayıbov gənclərin idman məşğələlərinə daha çox cəlb edilməsi, kütləviliyin təmin edilməsi, yığma komandalar üçün təlim-məşq toplanışlarının təşkili üçün federasiyalarla əməkdaşlıq istiqamətində müvafiq tövsiyələr verib.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər