Saytımızı qiymətləndirin


 
 

FAO 3 rayonda kənd yerlərinə dəstək layihəsi həyata keçirmək istəyir
Tarix: 14-04-2022 | Saat: 19:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mələk Çakmak : FAO Azərbaycana özəl toxumçuluğun inkişafı sahəsində dəstək verməyə hazırdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Bərdə, Tərtər və Ağdam rayonlarında kənd yerlərinin dəstəklənməsi ilə bağlı layihə həyata keçirmək istəyir.

Qarabaginfo.az bildirir ki bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, 4-5 illik layihənin büdcəsi 6 milyon ABŞ dolları olacaq və onu Avropa İttifaqının maliyyələşdirməsi gözlənilir.

“Layihə çərçivəsində 3 rayonda dəyər zənciri dəstəklənəcək. O cümlədən meyvəçilik və tərəvəzçilik sahələrində dəyər zəncirinin yaradılması, fermerlərə dəstək göstərilməsi, onlara bizneslərini inkişaf etdirmək üçün qrant ayrılması nəzərdə tutulub. Layihə suvarma sahəsini də əhatə edəcək", - deyə FAO rəsmisi qeyd edib.

"İcra edilən layihələrin kənd təsərrüfatında dayanıqlılığı, məhsuldarlığı artıran qida sistemlərinin transformasiyasını təmin edən işlər olmasını hədəfləyirik. Kiçik vəsaitlə də çox böyük və dayanıqlı işlər görmək, texniki problemləri həll etmək mümkündür", - deyə M.Çakmak əlavə edib.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər