Saytımızı qiymətləndirin


 
 

Kseniya Sobçak yenidən İsraildə
Tarix: 13-04-2022 | Saat: 23:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kseniya Sobçak yenidən İsraildə

Bu yaxınlarda İsrail vətəndaşlığı alacağı ilə bağlı yayılan xəbərləri təkzib edən rusiyalı aparıcı Kseniya Sobçak yenidən Tel-Əvivə gedib.

Qarabaginfo.az xəbər verir ki, Sobçak sosial şəbəkə hesabında qeyd edib ki, növbəti səfəri “YouTube” kanalı üçün çəkilişlə bağlı olub. 

“İşimdə ən çox həftə sonlarına düşən işgüzar səfərləri sevmirəm. İndi yenidən tranzitlərlə uçuram (yalnız İsrail və İstanbul üzərindən uçuşlar var)”.

Qeyd edək ki, bu, aparıcının İsrailə ikinci səfəridir. İsrailin “Haaretz” nəşrinin məlumatına görə, jurnalist və oğlu Platon öz milli köklərindən istifadə edərək repatriasiya prosedurundan keçərək vətəndaşlıq alıblar.

Kseniyanın artıq Moskvanın mərkəzində bir mənzil satdığı və bunun üçün təxminən 1 milyard rubl aldığı barədə məlumatlar da yayılıb. 



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər