Tarix: 13-04-2022 | Saat: 10:47
Bölmə:Karusel / Siyasət | çapa göndər
2020-ci ilin payızında Qarabağda gedən döyüşlər zamanı Ermənistan tərəfindən ümumilikdə 3825 nəfər həlak olub.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Bu günə qədər müharibə zamanı həlak olanların sayı 3825 nəfər təşkil edib. Bundan əlavə, hələ də axtarışlar davam edir”,- Paşinyan deyib.
Baş nazir, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsi və 44 günlük müharibə nəticəsində ümumilikdə 985 nəfər itkin düşüb.
Qeyd edək ki, 44 günlük müharibə Azərbaycan Ordusunun tarixi qələbəsilə başa çatıb. Bununla da Qarabağın 30 illik işğalına son qoyulub. Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi itkilərini gizlətməyə çalışsa da, düşmənin 5 min nəfərdən çox döyüşçüsünün məhv edildiyi bildirilirdi.
Digər xəbərlər