Saytımızı qiymətləndirin


 
 

Yaponiyanın Azərbaycandakı səfiri Tovuza getdi
Tarix: 12-04-2022 | Saat: 22:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yaponiyanın Azərbaycandakı səfiri Tovuza getdi

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Tovuz rayonuna səfər edib.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə səfir Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla RİH başçısı aparatında görüşüb.

 M.Məmmədov görüş zamanı rayonun ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə məlumat verib. Vada Cüniçi Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etməsindən danışıb, bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Sonra V.Cüniçi və M.Məmmədov Tovuz şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək yeni yaradılmış abidə kompleksi və şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər. Rayonla tanışlıq Aşıq Sənəti Dövlət Muzeyi və Dövlət Rəmzləri Muzeyində davam edib.

Onlar muzeylərdə sərgilənən, rayonumuzun və ölkəmizin tarixini nümayiş etdirən eksponantlarla tanış olublar. Tovuz Regional “ASAN Xidmət” Mərkəzi və “ABAD” Meyvə qurutma fabrikini də ziyarət edən qonaqlara “ASAN Xidmət” Mərkəzinin iş prinsipi və Meyvə qurutma fabrikində emal olunan və satışa çıxarılan məhsullar barədə məlumat verilib.

Səfər üzüm emalı müəsissəsi, kartof və tərəvəz saxlamaq üçün logistik mərkəz və “Tovuz Aqro” MMC-də yaradılmış şəraitlə tanışlıqdan sonra yekunlaşıb.










 



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər