Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənov türkiyəli generalla görüşdü - Foto
Tarix: 12-04-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Həsənov türkiyəli generalla görüşdü

Aprelin 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, qonaqları salamlayan müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 



Xəbəri paylaş

228 dəfə oxunub.

Digər xəbərlər