Saytımızı qiymətləndirin


 
 

Partlayışdan sonra ölən Ayxan evin tək oğlu imiş...
Tarix: 11-04-2022 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda “Location” gecə klubunda baş vermiş partlayışın qurbanlarından biri Ayxan Fətullazadədir. Hadisə zamanı ağır xəsarətlər lan 21 yaşlı gənc ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bununıa da hadisə qurbanlarının sayı 4 nəfərə çatıb.

 

2001-ci il təvəllüdlü Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub. Praktika müddətində olan tələbə partlayış baş verən gecə klubunda ofisiant işləyirmiş.

 

Mərhumum qrup yoldaşı və yaxın dostu olmuş Vüsal Şükürov Ayxanla bağlı xatirələrini Qarabaqinfo.az-la bölüşüb.

 

Dostunun sözlərinə görə, Ayxan təbiətcə sakit insan olub:

 

"Ayxan çox sakit, mülayim insan idi. Düşünə bilməzsiniz ki, bir oğlan belə sakit olar. Heç kiminlə işi olmazdı. Hamı ilə mehriban idi, bütün uşaqların qəlbində onun yeri başqadı. İndi dəfn olunduğu yerdən gəlirəm, inanmaq istəmirəm ki, Ayxana nəsə olub. Dünən səhər xəbəri eşidəndə sarıldım. Uşaqlıqdan bir yerdə böyümüşük, bir məktəbə getmişik, sonra da bir universitetə daxil olduq".

 

Ayxan hadisə baş verməmişdən bir həftə əvvəl işə başlayıbmış:

 

Bir həftə idi ki, işləməyə başlamışdı, deyirdi ki, yeni məkan açılacaq, gedib ofisiant işləyəm. Atası taksi sürücüsüdür. Bilmirəm, bəlkə də maddi vəziyyətlərinə görə işləməyə başlamışdı, qapalı xasiyyətli olduğu üçün heç ailəsindən danışmazdı. Bakıda Dərnəgül tərəfdə qalırdılar. Ailədə bir bacı, bir qardaş idilər. Ünsiyyətcil biri olmadığı üçün gələcəkdən, görəcəyi işlərdən danışmırdı”.



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər