Saytımızı qiymətləndirin


 
 

Ukrayna Prezident Ofisi: Müəyyən sosial xərclər müvəqqəti azaldılacaq
Tarix: 07-04-2022 | Saat: 07:53
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Prezidentinin ofisi: Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi davam edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

2022-ci ilin ikinci rübündə dövlət büdcəsinin əhəmiyyətli dərəcədə aşağı icrası gözlənilir və may ayından başlayaraq müəyyən sosial xərclərin müvəqqəti azaldılması ehtimalı var.

Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetinin üzvləri və dövlət başçısı aparatının nümayəndələri ilə cari ilin dövlət büdcəsinin icrası və Rusiya ilə ticarətə embarqonun tətbiqi ilə bağlı müşavirə keçirib.

Baş nazir Denis Şmıqalın dediyinə görə, birinci rübdə dövlət büdcəsi 110% icra olunub. Buna cari ilin ilk iki ayının yekunları və avans vergi daxilolmaları təsir edib. O bildirib ki, ikinci rübdə Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar Ukraynanın dövlət büdcəsinin əhəmiyyətli dərəcədə aşağı icrası proqnozlaşdırılır.

İclas iştirakçıları xəzinənin doldurulmasının mümkün mənbələrini – donor yardımı, BVF-nin xüsusi kredit hüququ və s. müzakirə ediblər.

Hadisələrin xoşagəlməz inkişafı halında may ayından etibarən müəyyən sosial xərclərin müvəqqəti azaldılmasının mümkünlüyü nəzərdən keçirilir.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər