Saytımızı qiymətləndirin


 
 

60 min nəfər müəllim olmaq üçün müraciət edib
Tarix: 31-03-2022 | Saat: 17:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

 60 min nəfər müəllim olmaq üçün müraciət edib

 

“Bu il də MİQ müsabiqəsinin test imtahan mərhələsi bölgələrdə keçiriləcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin müdiri Nurlan İsmayılbəyli Təhsil Nazirliyinin canlı yayımında deyib.

“Bu il də MİQ müsabiqəsinin yay aylarında keçirilməsi nəzərdə tutulub. Şəhid ailələri keçid balını topladıqdan sonra birbaşa vakansiya seçimində iştirak edə biləcəklər”.

Onun sözlərinə görə, ötən il 60 min müdavim MİQ-də iştirak üçün müraciət edib:

“Həmin şəxslərdən 13 mini işləyən, 6 min nəfəri isə 3 ildir ki, müəllim kimi fəaliyyətdə olan şəxslər olub. MİQ üzrə sınaqların keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Təhsil İnstitutunda müzakirələr aparılır. Son illər pandemiya olduğu üçün biz bunu keçirməkdə çətinlik çəkdik. Lakin bu ilin yay aylarına yaxın zamanda ola bilər ki, Təhsil İnstitutu tərəfindən keçirilsin”.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər