Ukraynanın ən mühüm silahlı strukturlarından olan "Azov" batalyonunun komandirlərini gətirmək üçün gedən "Mi-8" tipli vertolyot Rusiya silahlıları tərəfindən vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib. 

Qeyd olunub ki, vertolyot Mariupol vilayətində, Azov dənizinin sahil zolağından 5 kilometr aralıda "Azov" batalyonunun komandirlərinin təcili təxliyəsi üçün gedən zaman vurulub.