Çinin Şanxay şəhərinin səlahiyyətliləri COVID-19-la bağlı qapanma tətbiq etmək qərarına gəliblər.
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, ötən sutkada 24,9 milyon insanın yaşadığı şəhərdə 50 yerli və 10 xaricdən yoluxma, habelə 3454 simtopsuz yoluxma halı aşkarlanıb.
Səlahiyyətlilərin planına əsasən, kütləvi testlərin iki mərhələsinin keçirilməsi və xəstəliyin daha da yayılmasının qarşısının alınması üçün zəruri olan karantin mərhələli olacaq.
Qapanma müddətində Huanqpu çayı üzərindən tunellər və körpülər bağlanacaq, bütün nəqliyyatın hərəkəti, hətta dəmir yolu stansiyaları da müvəqqəti bağlanacaq.
Qərara əsasən, karantin zonalarında yerləşən şirkət və müəssisələr distant iş rejiminə keçirilir, şəhərin həyatını təmin edən xidmətlər, o cümlədən çatdırılma xidmətləri, epidemiya əleyhinə işlərə cəlb olunan avtomobillər və mühafizə xidməti isə adi rejimdə işləyəcək.
Eyni zamanda, karantin müddətində müvafiq rayonların sakinləri evdə qalmalıdır.