Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, kəndlər işıqsız qalıb
Tarix: 20-03-2022 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
1349 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-03-2022 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.
Qarabaginfo.az-ın məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 50 santimetrə qədər çatıb
Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Kövüzbulaq, Ləkin, Əsədli, Suluçeşmə və Buravar və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.
Əsədli kəndinə gedən ərazidə 10 min kilovoltluq elektrik dirəyi aşıb. Bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı davam edir.
Xəbəri paylaş
Digər xəbərlər
18-11-2021, 11:13
Kursantın intiharı ilə bağlı cinayət işi AÇILDI
5-05-2025, 17:30
Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
8-01-2026, 09:14
Hədələdiyi prezidentlə görüşəcək
9-06-2022, 18:50
Azərbaycan Prezidenti İbrahim Rəisiyə başsağlığı verib
25-06-2023, 21:47
Ukrayna ordusu Baxmut ətrafında irəliləyib
7-07-2021, 12:05
Paşinyanın mübhəm gecə qəbulları – Kiminlə məsləhətləşir?
















