Tarix: 18-03-2022 | Saat: 18:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 287 893,36 min ABŞ dolları dəyərində 2 122 632,74 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Qarabaginfo.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.
Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 257 602,47 min dollar dəyərində 431 406,11 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Ukrayna tutur. Yanvar-fevral ayında bu ölkəyə 245 169,14 min dollar dəyərində 422 613,2 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 17 ölkəyə 2 943 901,18 min dollarlıq 4 900 369,59 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-fevral aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edir:
# |
Ölkələr |
Miqdar, ton |
Məbləğ, min $ |
- |
Cəmi |
4 900 369,59 |
2 943 901,18 |
1 |
İtaliya |
2 122 632,74 |
1 287 893,36
|
2 |
İsrail |
431 406,11
|
257 602,47 |
3 |
Ukrayna |
422 613,2 |
245 169,14 |
4 |
Portuqaliya |
292 112,67 |
181 664,26 |
5 |
Tailand |
276 690,64 |
161 353,1 |
6 |
Böyük Britaniya |
216 909,17 |
125 597,1 |
7 |
Tunis |
186 365,64 |
120 122,11 |
8 |
Çexiya |
163 459,94 |
89 192,64 |
9 |
Hindistan |
136 966,25 |
90 152,11 |
10 |
İspaniya |
132 852,84 |
75 689,23 |
11 |
Almaniya |
91 762,54 |
50 535,73 |
12 |
Rumıniya |
90 527,47 |
54 093,23 |
13 |
İrlandiya |
88 077,58 |
50 060,05 |
14 |
Belarus |
84 893,31 |
57 590,07 |
15 |
Avstriya |
82 901,03 |
55 781,16 |
16 |
Türkiyə |
80 116,78 |
41 364,46 |
17 |
Rusiya |
81,69 |
40,96 |
Digər xəbərlər