Saytımızı qiymətləndirin


 
 

Pentaqon: "Rusiya hərbçiləri Kiyevin 15 kilometrliyindədir"
Tarix: 11-03-2022 | Saat: 12:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqon Rusiyanın mümkün hərbi hücumunu istisna etməyibQarabaginfo.az “ABCnews”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Pentaqonun məlumatına görə, Kiyevin cənub-şərqinə yaxınlaşan Rusiya hərbi qüvvələri irəliləyir: “Hazırda onlar Qostomel (Kiyev yaxınlığında şəhər tipli qəsəbə - red.) yaxınlığındadır. Bununla Kiyevə daha 5 km yaxınlaşıblar”.

Bildirilib ki, Rusiya hərbçiləri şərqdən Kiyevə doğru iki paralel istiqamətdən irəliləyir və şəhərin şərqdən 40 km-liyinə çatıb: “Rusiya hərbi qüvvələri Çerniqovu tamamilə mühasirəyə alıb”.

Məlumata görə, Rusiyanın fevralın 24-dən indiyədək Ukrayna ərazisinə 775 raket atdığı təsbit edilib. Pentaqondan Ukraynaya hərbi yardımın davam etdirildiyi bildirlib: “Son 24 saatda yardmlar göndərilib. Qarşıdan gələn sutka daha bir təhlükəsizlik yardım zərfi göndəriləcək”.

Pentaqondan Ukraynaya “Patriot” hava hücumundan müdafiə kompleksinin yerləşdirilib-yerləşdirilməməsi məsələsinə də aydınlıq gətirilib: “Ukraynaya “Patriot” batareyalarının yerləşdirilməsi məsələsində hər hansı mübahisə yoxdur. Ukraynalılar bunların işlədilməsi üzrə təcrübəyə malik deyillər. Bunun üçün ABŞ hərbçilərini yerləşdirmək lazımdır. Ancaq əvvəlcədən bildirmişik ki, Ukraynaya ABŞ hərbçiləri göndərilməyəck. Bu baxımdan, Ukraynada “Patriot” sistemini yerləşdirməklə bağlı fikrimiz yoxdur”.(Report)



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər