Saytımızı qiymətləndirin


 
 

Moldova XİN başçısı: "Bütün mümkün risklərə hazır olmalıyıq"
Tarix: 10-03-2022 | Saat: 18:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nicu Popescu (@nicupopescu) / Twitter

Ukraynadakı müharibənin yaratdığı regional qeyri-sabitliyə baxmayaraq, Kişinyov ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçı Dnestryanı bölgədə təhlükə görmür.

Qarabaginfo.az-ın "Newsweek"ə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku deyib.

Popesku bildirib ki, hökumət Moldovanın hərbi fəaliyyətlərin hədəfinə çevrilməsi üçün heç bir səbəb görmür: “Bizim bütün mümkün təhdidləri nəzərə almaq öhdəliyimiz var.

İndiki mərhələdə biz Dnestryanı bölgənin və ya onun yerli təhlükəsizlik qüvvələrinin və ya Dnestryanıda yerləşən Rusiya hərbçilərinin Ukraynada hərbi əməliyyatlara cəlb olunmasına dair əlamətləri görmürük.

Təbii ki, bunu deyərək, sabah, iki həftə sonra və ya iki ay sonra nə olacağını proqnozlaşdıra bilmərik. Lakin hələlik Dnestryanı ətrafında vəziyyət sakitdir. Ümid edirik ki, bu belə də qalacaq.

Ancaq yenə də dediyim kimi, biz bütün mümkün risklərə hazır olmalıyıq. Və təbii ki, Ukraynadakı müharibənin gedişindən çox şey asılı olacaq. Biz çox böyük ölkə deyilik. Bizim nə çox böyük, nə də mükəmməl təchizatlı ordumuz var. Dediyim kimi, biz ssenarilərə hazırlaşmalıyıq. Amma təbii ki, proqnoz vermirik və ssenarilərin nə olduğunu açıq şəkildə deyə bilmərik. Biz əlimizdən gələni edirik. Ümid edirik ki, Ukraynada vəziyyət sabitləşəcək və danışıqlar yolu ilə həll yolları tapılacaq”, - o vurğulayıb.

O qeyd edib ki, əgər sabitlik olmasa, bu, faciə olacaq - ilk növbədə Ukrayna üçün, həm də Moldova üçün.

Nazir xatırladı bki. Moldovanın 1994-cü il konstitusiyası Kişinyovun neytrallığını təsbit edib.

Popesku bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi bu siyasəti dəyişməyəcək. “Konstitusiyaya görə Moldova hərbi münaqişələrdə tərəf tuta bilməz”, nazir deyib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər