Saytımızı qiymətləndirin


 
 

Rusiya Kiyev hakimiyyətini humanitar dəhlizlərlə təxliyəyə maneə olmaqda günahlandırıb
Tarix: 08-03-2022 | Saat: 18:49
Bölmə:Karusel / Region | çapa göndər

Mixail Mizintsev

 Kiyev hakimiyyətinin nümayəndələri və şəhər merləri vətəndaşların Rusiya Federasiyasına təxliyəsi cəhdlərinə imkan vermir. Rusiyanın yaratdığı humanitar dəhlizlər haqqında məlumat mülki şəxslərin diqqətinə çatdırılmır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

“Kiyev hakimiyyətinin rəsmi nümayəndələri və şəhər merləri Rusiyaya təxliyə cəhdinin qarşısını almaq üçün çox ciddi göstərişlər alıblar. Vətəndaşlar Rusiyaya mümkün təxliyə və bunun üçün humanitar dəhlizlərin yaradılması barədə sadəcə məlumat almırlar”, - Mizintsev vurğulayıb.

Rusiya MN nümayəndəsi humanitar dəhlizlərlə Rusiya Federasiyasına daxil olmaq cəhdlərinin qarşısının millətçilər tərəfindən ciddi şəkildə alındığını söyləyib.(Apa)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər