Saytımızı qiymətləndirin


 
 

Zəngilan, Cəbrayıl və Ağdamda ceyranların arealı bərpa edilə bilər
Tarix: 04-03-2022 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ceyran

 

“İşğaldan azad edilmiş ərazilərdə bu gün heyvan növlərinin reintroduksiya edilməsi gündəmdə deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, bu da ərazilərin təhlükəsizliyinin tam təmin edilməməsi ilə əlaqədardır: “İşğaldan azad edilmiş ərazilərə hər hansı heyvan növünün gətirilməsi aktual deyil. Amma məhz həmin ərazilərdə vaxtilə hansı növ heyvanların mövcud olması, hansı növlərin aparılması yalnız ora ediləcək ekspediyalardan sonra bilinəcək”.

Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vaxtilə marallar, ceyranlar yaşayıb: “İndi yoxdur, nəsli çoxdan kəsilib. Ceyranlara orda yaşamağa yer qalmayıb. Son hadisələrdə də heyvanların öz nəslini bərpa etməsi mümkün deyildi. Amma həmin ərazilər minalardan təmizlənəndən sonra ceyranların Zəngilan, Cəbrayıl, Ağdamda bərpası barədə düşünmək olar”.



Xəbəri paylaş

235 dəfə oxunub.

Digər xəbərlər