Saytımızı qiymətləndirin


 
 

Deputat “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib - FOTO
Tarix: 03-03-2022 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib – FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun 58-ci məhəllə adlanan yeni yaşayış massivində sakinlərlə görüş keçirib.

Qarabaginfo.az “Yeni Gündəm”ə istinadən xəbər verir ki, görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, “Azəriqaz” İB-nin regional qaz idarəsinin rəisi Azay Muxtarov və rayon ictimaiyyəti iştirak edib.

Sakinlərlə görüş zamanı daha çox səsləndirilən problem yeni yaşayış massivinin qazlaşdırılması məsələsi olub. Deputat Anar Məmmədov da məsələnin həlli üçün “Azəriqaz” İB-nin direktoru Ruslan Əliyevə müraciət edib. Artıq 58-ci məhəllə adlanan yaşayış massivində qaz xəttinin çəkilişinə başlanılıb və 50 abonentin qaz xətti ilə təmin olunması məsələsi öz həllini tapır.
Anar Məmmədov da sakinləri bu münasibətlə təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

 



Xəbəri paylaş

421 dəfə oxunub.

Digər xəbərlər