Tarix: 02-03-2022 | Saat: 22:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya qoşunlarının hücumu başlayandan bəri Ukrayna ərazisinə 180-dən çox raket atılıbb, hərbi obyektlərlə yanaşı, mülki infrastruktur və yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiyanın Ukrayna ərazisinə təcavüzü başlayandan indiyədək düşmən 180-dən çox raket atıb. Hərbi obyektlərlə yanaşı, mülki infrastruktur və yaşayış məntəqələrinin yaşayış massivlərinə də xeyli ziyan dəyib, itkilərimiz olub. Rusiya işğalçı qüvvələri beynəlxalq humanitar hüquq tələblərini pozaraq, yerli əhalinin, o cümlədən uşaqların talanına və öldürülməsinə əl atır. İşğalçı qoşunların əhval-ruhiyyəsi son dərəcə aşağıdır”, - hesabatda deyilir.
Qərargah əlavə edib ki, cari gün ərzində 30-a qədər döyüş təyyarəsi Ukraynanın hava məkanını əsasən Belarus Respublikası tərəfdən pozaraq mülki əhalini bombalayıb.
Qeyd olunur ki, Volında Ukrayna Silahlı Qüvvələrinin bölmələri etibarlı müdafiə sistemi yaradıb.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Nikolayev şəhəri ərazisinə enməyə cəhd edən desant qüvvələrini zərərsizləşdirib.
Silahlı Qüvvələrin bölmələri Kiyev vilayətinin Makarov şəhərini işğalçılardan azad edərək şəhərdə möhkəmləniblər.
“Müəyyən qüvvələr və vasitələr Kiyevin müdafiəsini həyata keçirir, sistemli hərbi əməliyyatları davam etdirir və müəyyən əraziləri saxlayır. Düşmən ruhdan düşüb, şəxsi heyəti və hərbi texnikası ilə itki verməkdə davam edir", - Baş Qərargahdan bildirilib.
Eyni zamanda bildirilir ki, rus əsgər və zabitlərindən ibarət qruplar təslim olmaqda davam edir.
Digər xəbərlər