Tarix: 27-02-2022 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Londonda Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tamaşanın təqdimatı keçirilib.
Qarabaginfo.az-ın verdiyi xəbərə görə, “Khojaly - həyatda qalmaq haqqında oyun” layihəsi Britaniya Azərbaycanlıları İcması (BAC) və London Azərbaycan Evinin dəstəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Londonda “St Paul’s Church”də təqdim olunub.
Tamaşanın açılışına Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov, Londonda yaşayan azərbaycanlılar və türklər, britaniyalı izləyicilər qatılıblar. Elin Süleymanov Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.
Khojaly - həyatda qalmaq haqqında oyun” layihəsi Xocalı şəhərinin işğalı, oradakı Azərbaycanlılara qarşı baş vermiş soyqırım və onun ağrılı nəticələri haqqında, Xocalı şahidlərinin dilindən sylənmiş həqiqətlər əsasında hazırlanmış verbatim teatr (sənədli teatr) əsəridir.
“Khojaly” hekayəsi Azərbaycan folkloru və Xocalı reallıqlarının rezonansından yaranıb, tamaşanın göstəriləcəyi dünyanın hər hansı bir yerindən olan insanların başa düşəcəyi universal bir mesaj yaratmaq məqsədi daşıyır. Elə bir mesaj ki, Azərbaycanda öz yurd-yuvalarından ayrı düşmüş qaçqın və məcburi köçkünlərin dilindən danışacaq.
Debunk Thearı tərəfindən yaradılan layihə bir neçə il öncə Britaniyalı rejissor, yazıçı və layihənin müəllifi və Debunk Teatrının prodüseri Sənan Əliyevin Azərbaycana səfəri çərçivəsində baş tutub. Səfər zamanı Xocalıdan olan məcburi köçkünlərlə görüşən yaradıcı heyət daha sonra yığılmış materiallar əsasında pyes hazırlayiblar. Pyesin əsas sujeti Xocalıdakı insanların müharibədən qabaq, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir.
Xocalı soyqırımı şahidlərinin real hekayələri əsasında hazırlanaraq, həmin insanların başına gələn hadisələri dinamik bir tur teatrı vasitəsilə Britaniya və Avropa ictimaiyyətinin diqqətinə çatdırmağı planlaşdıran tamaşa göstərildiyi yerlərdə, Xocalıdan foto sərgi, tamaşa sonrası yaradıcı heyət və auditoria arasında müzakirələr, eyni zamanda məktəblərə və yerli icmalara yönəlmiş təhsil seminarları ilə müşayət olunacaq.
Tamaşanın yaradıcı heyəti və aktrorları Britaniyadan olan teatr xadimləridir:
Yaradıcı heyət
Yazıçı: Nick Awde
Rejissor: Vicky Moran
Səhnə Dizayneri: Sorcha Corcoran
Kostyum Dizayneri: Hannah Williams
İşıq və Video dizayneri: Jon Stacey
Səhnə Meneceri: Shaneice Brown
Prodüser: Sanan Aliyev
Aktyor heyəti
Azzurra Caccetta, Behnaz Vakili, Kevin Mesiti, Maria Karelina, Sami Kali, Shiraz Khan
Digər xəbərlər