Saytımızı qiymətləndirin


 
 

Jalüzləri sökməsəz, 150 manat cəriməsi var - Fotolar
Tarix: 17-11-2017 | Saat: 16:24
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Jalüzləri sökməsəz, 150 manat cəriməsi var

 

Şirvanda noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, artıq yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib.
Bu gün bir neçə saat ərzində keçirilən reyd zamanı avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokollar tərtib edilib.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

İnzibati Xətalar Məcəlləsinə görə jalüzləri çıxarmayan sürücülər 150 manat məbləğində cərimə olunur.

Murad Əhməd

 




Xəbəri paylaş

675 dəfə oxunub.

Digər xəbərlər