Saytımızı qiymətləndirin


 
 

Ukrayna Prezidentinin ofisi: "Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçiriblər"
Tarix: 24-02-2022 | Saat: 21:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna Prezidentinin ofisi: "Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçiriblər"

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib.

"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov götürülüb. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyinə təhdidir", - deyə Şevtsova bildirib.

Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.

“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, - deyə o bildirib.
M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir və təxribat riski var.

"Ağır döyüşdən sonra Çernobıl ərazisinə nəzarətimiz itdi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması barədə məlumatsızıq. Hücumundan sonra Çernobıl AES-nin təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün ən ciddi təhlükələrdən biridir. Ruslar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, - deyə Mixail Podolyak əlavə edib.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər