Tarix: 18-02-2022 | Saat: 21:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri fevralın 21-də Kiyevdən olan həmkarları Dmitri Kuleba ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə xarici işlər nazirlərinin görüşü ərəfəsində deyib.
Diplomat qeyd edib ki, XİN rəhbərləri Kuleba ilə Ukraynaya dəstəyin göstərilməsini müzakirə etmək niyyətindədirlər.
“Müzakirə edəcəyimiz məsələlərdən biri Ukraynanı necə dəstəkləmək, onu daha dayanıqlı etmək, o cümlədən kiberhücumlara qarşı mübarizə aparmaqdır”, - o qeyd edib.
Nümayəndənin sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etməyəcək.
Eyni zamanda, mənbə vurğulayıb ki, Ukrayna ilə sərhəddə vəziyyət yaxın həftələrdə və aylarda dəyişməzsə, Aİ öz mövqeyinə yenidən baxmalı olacaq.
Digər xəbərlər