Saytımızı qiymətləndirin


 
 

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Tarix: 18-02-2022 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı-30. Unutmadıq, unutdurmayacağıq” adlı tədbir keçirilib.

Qarabaginfo.az-a verilən xəbərə görə, tədbirdən əvvəl “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı və publisist Səriyyə Müslümqızının müəllifi olduğu “Geriyə baxma” kitabının və Xocalı soyqırımına həsr olunmuş digər kitabların sərgisinə baxış keçirilib.

Komitə sədri Bahar Muradova Ermənistanın təcavüzkar əməlləri nəticəsində baş verənlərin son 30 il ərzində həyatımızın bütün sahələrində öz təsirini göstərdiyini vurğulayıb:

Bahar Muradova qeyd edib ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə mühüm sənədlər qəbul edilib:

“Amma əsas məqsədimiz bu faciəni törədənlərin beynəlxalq hüququn normaları çərçivəsində ədalət məhkəməsi qarşısında cavab vermələrinə nail olmaqdır. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq və cinayətkarlar mühakimə olunacaqlar. Komitə sədri vurğulayıb ki, dünya Xocalı faciəsindən ibrət götürməlidir. Azərbaycan bir daha imkan verməyəcək ki, onun dövlətinə və vətəndaşlarına gəc gözlə baxılsın.

Uzun illər ərzində dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında məlumatları çatdırmaq üçün müxtəlif layihələr və aksiyalar həyata keçirilmiş, filmlər və kitablar hazırlanıb”.

“Azərkitab” Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov deyib ki, məqsəd kitabı təbliğ etmək, insanların kitaba qayıdışına, gənclərin sağlam, zəngin dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına dəstək vermək, xalqımızın kitaba sevgi ənənəsini qorumaq, daha da inkişaf etdirmək, həmçinin tədbir çərçivəsində təqdim edilən “Geriyə baxma” kitabını təbliğ etmək, oxuculara tanıtdırmaqdır.

“Geriyə baxma” kitabının müəllifi Səriyyə Müslümqızı müəllifi olduğu kitabda hadisənin canlı şahidi olmuş insanların faciəli həyatı kitabda öz əksini tapıb. O, faktlara əsaslanan bu məlumatların soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rolu olacağına inamını ifadə edib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər