Saytımızı qiymətləndirin


 
 

Fransa qoşunlarını Malidən çıxarır
Tarix: 18-02-2022 | Saat: 07:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransa qoşunlarını Malidən çıxarır

Fransa və onun beynəlxalq antiterror əməliyyatı üzrə müttəfiqləri qoşunlarını Malidən çıxaracaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. Müvafiq qərar ölkənin hazırkı rəhbərliyi ilə fikir ayrılıqları fonunda qəbul olunub. Yelisey Sarayının yaydığı bəyanatda deyilir ki, “Barxan” əməliyyatı çərçivəsində və “Takuba” operativ qrupunun tərkibində fəaliyyət göstərən Kanada və Avropa dövlətləri hesab edir ki, siyasi, operativ və hüquqi şərtlər hazırkı hərbi fəaliyyətin effektiv şəkildə davamına imkan vermir. Səbəb kimi Malinin keçid hökuməti tərəfindən edilən çoxsaylı maneələr göstərilir. Bununla belə, Fransa və müttəfiqləri Sahil regionunda terrorizmlə mübarizəni davam etdirəcək. Region ölkələri ilə hərbi və siyasi əməkdaşlığın yeni çərçivəsi iyun ayında müəyyənləşəcək. Xatırladaq ki, Fransa regionda “Barxan” antiterror əməliyyatına 2014-cü ildə başlayıb.



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər
18-02-2022, 13:42 Manaf Ağayev HƏBS OLUNDU