Saytımızı qiymətləndirin


 
 

3 məktəbli qıza tərbiyyəsiz hərəkətlər edən taksi sürücüsü tutuldu
Tarix: 12-02-2022 | Saat: 11:48
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

 

Qarabaginfo.az xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.

Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.

Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.

İstintaq davam etdirilir.



Xəbəri paylaş

345 dəfə oxunub.

Digər xəbərlər