Saytımızı qiymətləndirin


 
 

Axtarışda olan şəxs Rusiyada TUTULDU
Tarix: 10-02-2022 | Saat: 17:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq  Baş Prokurorluğun  Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Şəmkir rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin  16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edilib.

 

Bu səbəbdən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Bbarəsində 23 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

 

R.Mustafayev 24 avqust 2021-ci ildə Rusiyada müəyyən edilərək saxlanılıb. 9 fevral 2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiya Federasiyasından Azərbaycana gətirilib.



Xəbəri paylaş

234 dəfə oxunub.

Digər xəbərlər