Saytımızı qiymətləndirin


 
 

Vyanada növbəti türk-erməni görüşü: Bu təmasların Azərbaycana xeyri olacaq?
Tarix: 04-02-2022 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vyanada növbəti türk-erməni görüşü: Bu təmasların Azərbaycana xeyri olacaq?

Türkiyə və Ermənistan xüsusi səfirlərinin ikinci görüşü Vyanada olacaq. Moskvada baş tutan ilk görüşdən sonra tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün hansı mövzuları müzakirə edəcək? Bu təmasların Azərbaycan üçün hansı müsbət nəticələri olacaq?

Qarabaginfo.az-ın xəbərinə görə "Yenisabah"a-a danışan politoloq Fikrət Sadıxov qeyd edib ki, Türkiyənin regiona töhfələr verməsi böyük reallıqdır:

“Bu reallığı Ermənistan da dərk edib. Gərginliyin yumşaldılması, ilk növbədə, Ermənistan-Türkiyə əlaqələrinə müsbət təsiri göstərəcək, eyni zamanda, regionda müəyyən təhlükəsizlik və stabillik qarantı kimi gündəmə gələ bilər”.

F. Sadıxov əlavə edib: 

“Azərbaycan Türkiyənin yaxın müttəfiqi və qardaş dövlətidir. Türkiyə heç vaxt Azərbaycanın maraqlarına təhlükə yarada bilən addımlar atmaz. Məncə, Ermənistanla əlaqələrin bərpası Azərbaycanın xeyrinədir. Çünki özümüz də Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Eləcə də, sərhədlərin delimitasiya və demarkasiya məsələsini gündəmdədir. 

Ayıq-sayıq olmalıyıq və ermənilərin müxtəlif, həm idealoji təxribatları, həm də digər hərəkətlərinin qabağını almalıyıq. Çünki ermənilər ərazi iddiaları, qondarma soyqırımı məsələsi və s.niyyətlərindən əl çəkmirlər. Bu cür məsələdə daha aktiv olmalı və xarici siyasətdə daha fəal addımları atmalıyıq. Sübut etməliyik ki, münasibətlərdəki gərginliyi yumşaltmaya baxmayaraq, heç vaxt onların iddialarını qəbul etməyəcəyik”, - deyə mütəxəssis yekunlaşdırıb.



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər