Saytımızı qiymətləndirin


 
 

Vətən Müharibəsi iştirakçısını öldürən şəxsin məhkəməsi başlayır
Tarix: 02-02-2022 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vətən Müharibəsi iştirakçısını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "TikTok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, hadisə zamanı ölən şəxs ehtiyatda olan leytenant olub. O, Vətən Müharibəsində iştirak edib. (oxu.az)



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər