Tarix: 02-02-2022 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər
Monteneqronin əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova siyasi sığınacaq verməsinə cavab olaraq bu ölkənin Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişi qadağa olunub.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in məlumatında bildirlib ki, fevralın 2-də Zoran Milyaniçin Rusiya Federasiyasına girişini qadağan nota Monteneqronun Moskvadakı səfirliyinə göndərilib.
“Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma - Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Rusiya Federasiyası vətəndaşı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır”,- deyə Rusiya XİN-in məlumatında deyilir.
Digər xəbərlər