Saytımızı qiymətləndirin


 
 

Blinkenlə Lavrov Ukraynanı müzakirə etdilər
Tarix: 01-02-2022 | Saat: 22:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Blinkenlə Lavrov Ukraynanı müzakirə etdilər

ABŞ xarici işlər naziri Entoni Blinkenlə rusiyalı həmkarı Sergey Lavrovun telefon danışığı olub.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada telefon danışığının Vaşinqton administrasiyasının Rusiyanın təhlükəsizlik təkliflərinə verdiyi yazılı cavabdan sonra keçirildiyi qeyd edilib. Telefon danışığı zamanı Blinken Rusiya ilə müzakirələrin davam etdirilməsinə və Ukrayna sərhədlərindən qoşun və texnikanın çıxarılmasına çağırıb.

Blinken vurğulayıb ki, ABŞ Rusiya ilə qarşılıqlı təhlükəsizlik problemləri ilə bağlı ikitərəfli qaydada və ya müttəfiqləri və tərəfdaşları ilə tam koordinasiyada fikir mübadiləsi aparmağa davam etməyə hazırdır.

“Blinken Rusiyadan gərginliyi dərhal azaltmağı, qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmasını istəyib. O, Ukraynaya hücumun ciddi nəticələr verəcəyini vurğulayaraq, Rusiyanı diplomatik yola dəvət edib”, - departamentin açıqlamasında qeyd edilir. 

Görüşlə bağlı açıqlama verən Lavrov “Qərbli həmkarlarımız Avro-Atlantik bölgədə razılaşdırılmış beynəlxalq hüququn əsas prinsipinə məhəl qoymurlar” deyib.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər