Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda “yaşıl pasport” ləğv edildi
Tarix: 01-02-2022 | Saat: 15:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstanda “yaşıl pasport” ləğv edildi

 

Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq edilən “yaşıl pasportlar” ləğv olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Georgi Qibradze açıqlayıb.

Onun sözlərinə görə, xaricə səfər etmək üçün “yaşıl pasport”a ehtiyac duyan vətəndaşlar bu sistemdən istifadə edə bilərlər.

Qeyd edək ki, koronavirusa qarşı tam peyvənd olan, daha əvvəl koronavirusa yoluxan və koronavirus aşkar olunduqdan minimum 14 gün keçən, 72 saat əvvəl PCR-test verən Gürcüstan vətəndaşları “yaşıl status” alırdılar. Gürcüstan ötən ilin dekabrın 1-dən “yaşıl pasport”dan istifadə etməyə başlamışdı. Ölkədə COVID-pasport olmadan restoran, teatr, fitnes mərkəzləri və s. bir çox yerlərə daxil olmaq mümkün deyildi.



Xəbəri paylaş

277 dəfə oxunub.

Digər xəbərlər