Saytımızı qiymətləndirin


 
 

"Nədir, Kiyev küçələrində tanklar gedir?..."
Tarix: 29-01-2022 | Saat: 09:33
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski böyük mətbuat konfransında Rusiya qoşunlarının ölkəyə müdaxiləsi təhlükəsindən danışıb. O, çaxnaşmanı əsassız hesab edir.

Zelenski vurğulayıb ki, bu gün Rusiya Ukrayna sərhədində ötən 2021-ci ilin yazından böyük olmayan qruplaşma cəmləyib. Lakin o zaman və bu gün Rusiyanın fəaliyyətinə reaksiya çox fərqlidir.

“İndi vəziyyəti o vaxt təlimlərin pik nöqtəsində (Rusiya ordusunun 2021-ci ildə keçirilən təlimlər) olduğu vaxtdan daha gərgin hesab etmirəm. O zaman da vəziyyət gərgin idi. Amma o vaxt həm Ukraynada, həm də dünyada belə informasiya siyasəti yox idi... Jurnalistlər Kiyevə getsinlər. Küçələrimizdən keçən tankları görürsünüz? Yox. Amma belə ab-hava var... KİV-lər belə təəssürat yaradır ki, yollarda qoşunlar var, səfərbərlik var, insanlar harasa gedirlər. Bu doğru deyil. Bu çaxnaşma bizə lazım deyil”, - deyə prezident bildirib. 

O qeyd edib ki, bu panika maliyyə sektoruna da təsir edib və bu, Ukrayna iqtisadiyyatına ağır zərbə olub. Eyni zamanda, Zelenski etiraf edib ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi riski hələ də qalmaqdadır.(virtualaz.org)



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər