Saytımızı qiymətləndirin


 
 

Yeni multibrend avtomobil servis mərkəzi “Motor House” fəaliyyətə başladı - Fotolar
Tarix: 28-01-2022 | Saat: 20:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yeni multibrend avtomobil servis mərkəzi “Motor House” fəaliyyətə başladı

 

 

Azərbaycanda yeni multibrend avtomobillərə xidmət mərkəzi “Motor House” fəaliyyətə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, mərkəzdə minik, yüngül ticari və elektrik avtomobillərinə, eləcə də, motosikletlərə təmir xidməti göstəriləcək.

“Motor House”un avtoservis bölümü ən son avadanlıqlarla təmin olunub. İnfrastrukturdan əlavə, xidmət heyəti beynəlxalq sertifikasiyalaşmış mütəxəssislərdən təşkil olunub. Mərkəzdə çalışan mühəndis, usta və köməkçisi heyətinin hamısı çalışdıqları sahələr üzrə təlimlərdə iştirak etmiş, beynəlxalq sertifikasiyadan keçmiş əməkdaşlardır.

Multibrend avtomobillərə xidmət göstərəcək mərkəzin əsas layihəsi alman-türk mühəndislərinin birgə əməyi əsasında ərsəyə gəlib. Layihənin hər bir detalında məhz alman-türk təcrübəsi və standartları əsas götürülüb.

“Motor House” brendinin fəaliyyətə başlamasının əsas məqsədi Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə frençayzinq sistemini quraraq “Motor House” bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.

Avtomobil servis mərkəzinin günlük təmir gücü 200-250 avtomobil təşkil edir. Mərkəzdə mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi var.

“Motor House”da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri, sürətlər qutusu üzrə işlər və digər işlər daxildir. Burada həmçinin ikinci əl avtomobil almaq istəyən şəxslər üçün avtomobillərin yoxlanılması və diaqnostikası həyata keçirilir.

“Motor House” tərəfindən görülən işlərə rəsmi zəmanət verilir. Xidmətdən istifadə üçün siz servisə gəlmədən, onlayn qeydiyyatdan keçə, həmçinin, avtomobilinizin təmirini kameralar vasitəsilə anbaan izləyə bilərsiniz.

Bundan başqa, “Motor House” Azərbaycanda ilk dəfə mobil avtotəmir xidməti - Avtoambulansı təqdim edib. 24 saat xidmət göstərən Avtoambulans avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir. Sürücülər yolda qaldığı təqdirdə Avtoambulans həmin əraziyə yollanaraq problemin 80 faizindən çoxunu yerində həll etməyə zəmanət verir.

Layihə üzrə görülən bütün işlərdə əsas ideya kimi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” nəzərə alınıb. Dövlət proqramında da qeyd olunduğu kimi nəqliyyat vasitələrinin keyfiyyətli təmiri, avtomobillərə vaxtlı-vaxtında qulluq edilməsi və düzgün istismar olunması, ehtiyat hissələrinin keyfiyyəti və avtomobillərə xidmət göstərən personalın bilik səviyyəsinin yüksək olması son nöqtədə nəqliyyat vasitələrinin təhlükəsizliyinə və yollarda təhlükəsiz hərəkəti təmin edir.




 



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər