Saytımızı qiymətləndirin


 
 

Leonid Slutski: "İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etdi"
Tarix: 28-01-2022 | Saat: 15:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Leonid Slutski: İlham Əliyev ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etdi
Leonid Slutskiy

"AŞPA-da Azərbaycana açıq-aşkar birtərəfli yanaşma görürəm".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"Mən bu mətnin Azərbaycana dair hissəsində açıq-aşkar birtərəfli yanaşma görürəm. Qətnamə layihəsinin Qarabağ məsələsinə həsr edilmiş üçüncü paraqrafı reallığı əks etdirmir. AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamalıdır. Rusiya Prezidenti Vladimir Putin Qarabağ mübaqişəsinin həllində aktiv iştirak edib. Mən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çünki o, ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə bilib. Buradakı bütün üzv dövlətlər Avropa Şurası qarşısında üzərlərinə götürdükləri və digər beynəlxalq öhdəlikləri yerinə yetirməlidirlər", - o deyib.(Report)



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər