Saytımızı qiymətləndirin


 
 

Sabahdan məktəblilərin qış tətili başlayacaq
Tarix: 28-01-2022 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahdan məktəblilərin qış tətili başlayacaq

 

Sabahdan məktəblərdə qış tətili başlayacaq.

Qarabaginfo.az-ın məlumatına görə, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar tətil günləridir.

Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.

Xatırladaq ki, koronavirus səbəbindən 2021/2022-сi tədris ili 2 həftə gec başladığından, məkətblilərin qış tətili günləri qısaldılıb.



Xəbəri paylaş

286 dəfə oxunub.

Digər xəbərlər