Saytımızı qiymətləndirin


 
 

“Ruslar imkan vermir ki, azərbaycanlılarla ermənilər eyni yoldan istifadə etsin“
Tarix: 25-01-2022 | Saat: 15:27
Bölmə:Karusel / Region | çapa göndər

“Ruslar imkan vermir ki, azərbaycanlılarla ermənilər eyni yoldan istifadə etsin“

Sülhməramlıların Qarabağa gəlişindən artıq 1 il 2 aya yaxın vaxt keçib. Lakin bölgədə yaşayan Qarabağın erməni icması hələ də Azərbaycana reinteqrasiya olmaq istəmir. Sülhməramlıların mandat müddəti bitdikdən, yəni 3 il 10 ay sonra bu düyün açılacaqmı?

Qarabaginfo.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev qeyd edib ki, tərəflər arasında etnik qəbuletməmə mövcuddur:

“Daşaltı postunda hərbçilərimizə qumbara atılması hadisəsindən 3 ay keçib. Yəni ermənilər yeni reallıqla hələ də barışmırlar. Bu, uzun zaman ala bilir, yəni 1 illə həll olunası bir məsələ deyil.

Məsələn, Böyük Britaniyanın özü eyni bayraq altında Uels və Şotlandiyanı futbol yarışına çıxara bilmir. Halbuki vahid ölkədir, Birləşmiş Krallıqdır. Yəni etnik münaqişələr bəzən uzun zaman tələb edə bilər. 

Azərbaycan dövləti yaxınlaşma, barışıq və qarşılıqlı etimad mühitinin yaradılmasını istəyir. Amma imkan vermirlər ki, ermənilərlə bərabər hər hansı ortaq yoldan və yaxud sülhməramlıların olmadığı bir şəraitdə birgə fəaliyyət mümkün olsun. Hələ ki, reallıq belədir. 

Etimad mühitində bu məsələlərə müharibənin ağrı və acısı baxımından soyuq yanaşmalar var. Ümid edirik ki, 5 ilin sonuna, yəni sülhməramlı missiyanın bitməsindən sonra məsələ həllini tapacaq”, - deyə hərbi ekspert yekunlaşdırıb.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər