Saytımızı qiymətləndirin


 
 

“3-4 həftədən sonra yoluxma sayında artım olacaq” - HƏKİM
Tarix: 21-01-2022 | Saat: 19:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

“3-4 həftədən sonra yoluxma sayında artım olacaq” – HƏKİM

“Azərbaycanda “Omicron” ştamı artmağa doğru getməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında həkim infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Həkim bildirib ki, bu ştam həndəsi silsilə ilə artmağa meyilli olduğu üçün ilkin vaxtlarda yoluxma az müşahidə edilməkdədir, amma zaman keçdikcə, bu sürət artmağa başlayacaq:

“Hazırda yoluxma sayı çox sürətli olmasa da, artmağa meyillidir. Bu da, çox böyük ehtimalla “Omicron”la bağlıdır. Qeyd edim ki, yeni yoluxmaların müəyyən qismi “Omicron”, müəyyən qismi isə “Delta”dır. Zaman keçdikcə, “Omicron” dominant olacaq. “Omicron” ştamı dominant olduğu təqdirdə, bu, daha sürətli hal alacaq. Təqribən 3-4 həftədən sonra bu artım müşahidə edilə bilər”.

Həkimin sözlərinə görə, ölüm sayında nisbi artım azalacaq, amma mütləq artım artmağa başlayacaq: “Yəni, yoluxma sayı çox olduğu üçün ölüm sayı da çox olacaq. Amma nisbətdə hər yüz nəfərə düşən ölüm sayını götürəndə, burada azalma müşahidə olunacaq. Ümumi yoluxma çox olduqda, təbii ki, ölüm sayında da artım çox olacaq”.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70