Saytımızı qiymətləndirin


 
 

Fərhad Əhmədov Göyçay və İsmayıllıda 100-dən çox şəhid və qazi ailəsinə yardım göndərdi
Tarix: 11-01-2022 | Saat: 16:06
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycan əsilli rusiyalı xeyriyyəçi iş adamı, eks-senator Fərhad Əhmədov Göyçay və İsmayıllı rayonlarında 100-dən çox şəhid və qazi ailələrinə yardımlar göndərib.

Qarabaginfo.az xəbər verir ki, biznesmenin bu dəfəki xeyriyyəçiliyi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə başlayıb, kiçik övladı Adəmin 2 yaşının tamam olduğu yanvarın 8-nə qədər davam etdirilib.

Belə ki, F.Əhmədov övladının ad günündə şəhid övladlarını və qazilərin ailələrini sovqatlarla yad etməyi qərara alıb.

Bu münasibətlə F.Əhmədovun Göyçaydakı “AzNar” QSC şirkəti tərəfindən 75 şəhid və qazi ailəsinə kəsilmiş halda 50 qoyun, İsmayıllıda isə biznesmenin “Kənd” MMC şirkəti tərəfindən 32 şəhid və qazi ailəsinin hər birinə damazlıq olaraq bir diri qoyun göndərilib. Habelə yanvarın 8-də F.Əhmədov və ailə üzvləri Göyçaydakı şəhidlər xiyabanını ziyarət ediblər, Vətən uğrunda canından keçən döyüşçülərin məzarlarına gül dəstələri qoyublar.

F.Əhmədov  44 günlük Vətən müharibəsi boyu cəbhədə döyüşən əsgərlərə də “AzNar” QSC şirkəti üzərindən sovqat kampaniyası həyata keçirmişdi və  bu kampaniya daha sonra qalib əsgərlərin, şəhidlərimizin ailələrinə yardımlarla davam etdirildi. Habelə Göyçay rayonundan 44 günlük müharibədə şəhid olanların məzarlarının abadlaşdırılması xərclərini də xeyriyyəçi iş adamı öz üzərinə götürüb.(virtualaz.org)



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər
4-05-2022, 12:58 Sabahın hava proqnozu