Saytımızı qiymətləndirin


 
 

Sülhməramlılar Qazaxıstanı TƏRK EDİR
Tarix: 11-01-2022 | Saat: 10:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qazaxstanda KTMT-nin Sülhməramlı Missiyası uğurla yerinə yetirilib. KTMT-nin sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması iki gündən sonra başlayacaq. KTMT-nin Sülhməramlı Qüvvələrinin çıxarılması 10 gündən çox olmayacaq”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün keçirdiyi iclasda deyib.

 

“Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir” , -deyə Tokayev bildirib.(modern.az)



Xəbəri paylaş

447 dəfə oxunub.

Digər xəbərlər
28-03-2023, 12:32 Zelenski Polşaya gedəcək